Sandra Rulofsun Bakı səfəri təxirə düşdü - AÇIQLAMA

7-12-2017, 11:55
Oxunub: 290
"Ukraynada baş verən hadisələrlə əlaqədar xanım Rulofs həyat yoldaşı Mixail Saakaşvilinin yanına yollanmalı olub"


Dekabr ayının 10-da Gürcüstanın sabiq birinci xanımı, SOCO fondunun təsisçisi və rəhbəri Sandra Rulofsun Bakıya səfəri planlaşdırılırdı. Xanım Rulofs Milli Fikir Mərkəzi tərəfindən tərcümə olunmuş kitabı "Bir idealistin hekayəsi"nin təqdimatında iştirak edəcəkdi.

Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadənin Etatist.com-a verdiyi məlumata görə səfər təxirə salınıb. Buna səbəb isə Ukraynada baş verən son hadisələrdir:

"Ukraynada baş verən hadisələrlə əlaqədar xanım Rulofs həyat yoldaşı Mixail Saakaşvilinin yanına yollanmalı olub. Bizimlə əlaqə yaradıb bildirdilər ki, təqdimatın müddətini başqa bir vaxtla əvəzləmək məcburiyyətindədilər. Biz də Milli Fikir Mərkəzi olaraq məsələni anlayışla qarşılayıb bildirdik ki, xanım Rulofsun iştirakı olmadan kitab Azərbaycan cəmiyyətinə təqdim edilməyəcək və satışı həyata keçirilməyəcək. Ona görə dostlar, tədbirimizi bir müddətlik gecikdirməli olacağıq".

Təqdimatın hansı tarixə təxirə salındığı isə məlum deyil. MFM sədri bildirib ki, bu barədə məlumat əldə olunan kimi ictimaiyyətə məlumat veriləcək:

"Tədbirin vaxtı dəqiqləşən kimi xüsusi qonaqlarımıza yenidən dəvətnamə göndərəcəyik. Amma indiyə qədər qeydiyyatdan keçən iştirakçılarımız üçün artıq yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Tədbirin vaxtı müəyyənləşən kimi onlara məlumat verəcəyik".

Qeyd edək ki, xanım Rulofsu Bakıya Milli Fikir Mərkəzi dəvət edib.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti