Hindistana məxsus PUA Çinin hava məkanını pozub

7-12-2017, 11:24
Oxunub: 30
“Hindistan tərəfi Çinin ərazi suverenliyini ciddi şəkildə pozub"


Hindistana məxsus pilotsuz uçuş aparatı (PUA) Çinin havaməkanını pozaraq qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

“Hindistan tərəfi Çinin ərazi suverenliyini ciddi şəkildə pozub. Bununla bağlı qarşı tərəfə etiraz və qəti narazılığımızı bildiririk”, deyə Çin ordusunun rəsmisi bildirib.

İnsidentin nə vaxt və harada baş verdiyi dəqiqləşdirilmir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti