Azərbaycan İspaniyanın İT şirkəti ilə əməkdaşlıq edəcək

7-12-2017, 11:07
Oxunub: 27
Müqavilədə İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi nəzərdə tutulub


Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

Bu barədə Report-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə "Ağıllı şəhər", "Əşyaların interneti" kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 50 illik təcrübəyə sahib olan “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir və bir sıra Avropa ölkələrinə elektron həllərini təklif edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti