XİN naziri Vyanada həmsədrlərlə görüşü başlayıb

6-12-2017, 19:56
Oxunub: 24
Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb.

APA-nın məlumatına görə, görüşə ATƏT-in Minsk qrupu həmsədrləri - amerikalı Endryu Şofer, fransalı Stefan Viskonti, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edir.

Bu gün E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti