Rusiyanın maliyyə bazarlarında təşviş yaşana bilər

6-12-2017, 17:45
Oxunub: 21
"Hələlik məhdudiyyətlərin rublda olan daxili dövlət istiqrazlarına şamil olunacağı bildirilir"


2018-ci ilin əvvəlində ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar dövlət istiqrazlarına da aid edilərsə, o zaman maliyyə bazarlarında qısamüddətli təşviş yaşana bilər.

Report "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin Rusiya və EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu üzrə aparıcı iqtisadçısı Tatyana Lısenko çıxış edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin avqust ayında Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı qanun imzalayıb. 2018-ci ilin əvvəlində ABŞ hökumətinin yeni məhdudiyyətləri açıqlaması gözlənilir. Bunların arasında Rusiya dövlət istiqrazlarına investisiyanın da yer alması ehtimal edilir.

"Hələlik məhdudiyyətlərin rublda olan daxili dövlət istiqrazlarına şamil olunacağı bildirilir. Belə olarsa, valyuta və maliyyə bazarında qısamüddətli təşviş ola bilər. Əgər sanksiyalar valyutada olan dövlət istiqrazlarına da aid edilərsə, o zaman təşvişin daha da artacağı proqnozlaşdırılır", - deyə T.Lısenko əlavə edib.

Xatırladaq ki, Rusiyanın maliyyə bazarları ilə bağlı eyni narahatlığını dünən "Fitch" beynəlxalq reytinq agentliyi də bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti