Yeni vergilər naziri kollektivə təqdim olunub

6-12-2017, 17:29
Oxunub: 18
Mikayıl Cabbarovu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib


Azərbaycanın yeni vergilər naziri Vergilər Nazirliyinin kollektivinə təqdim edilib.

Report xəbər verir ki, nazir Mikayıl Cabbarovu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Fazil Əsəd oğlu Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının üçüncü sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti