Banqladeş hökuməti rohinca müsəlmanlarını adada yerləşdirəcək

6-12-2017, 16:57
Oxunub: 33
Adanın tikintisinə tezliklə başlanacaq


Banqladeş hökuməti, təqribən, 100 min rohinca qaçqınının Benqal körfəzindəki tənha və daşqınlara məruz qalan Tenqar Çar adasına köçürülməsi planını təsdiqləyib.

Report CNN-ə istinadən xəbər verir ki, qaçqınların Tenqar Çara 2019-cu ilin noyabr ayına qədər köçürülməsi planlaşdırılır.

Adanın tikintisinə tezliklə başlanacaq, planın büdcəsi isə 278 milyon ABŞ dolları təşkil edir.

Qaçqınların köçürülməsi üzrə plana əsasən, Tenqar Çar adasında barak tipli, təqribən, 1500 ev və qaçqınlar üçün 120 mərkəz tikilməlidir.

Qeyd edək ki, avqustun 25-də münaqişədəki son gərginləşmədən sonra Myanmadakı zorakılıqdan qaçan, təxminən, 613 min nəfər Banqladeşə gəlib. Hazırda Banqladeşdəki rohinca müsəlmanlarının ümumi sayı 826 minə çatır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti