"Qüdslə bağlı qərar ABŞ-ın bacarıqsızlığının göstəricisidir"

6-12-2017, 16:08
Oxunub: 41
"ABŞ Fələstinlə bağlı istək və planlarını həyata keçirməkdə acizdir"


“Fələstinin işğal altında olan paytaxtı Qüdslə bağlı irəli sürdüyü iddialar düşmənin gücsüzlüyündən irəli gəlir”.

Report İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Tehranda keçirilən İslam birliyi adlı konfransın iştirakçıları ilə görüşdə bildirib.

“Bu qərar ABŞ-ın bacarıqsızlığının göstəricisidir. ABŞ Fələstinlə bağlı istək və planlarını həyata keçirməkdə acizdir. Fələstinlilər azad olacaq, Fələstin zəfər çalacaq”, - Seyid Əli Xamənei vurğulayıb. 

Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə müzakirə aparıb. O, Yaxın Şərq ölkələrinin liderlərinə deyib ki, dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti