ABŞ mətbuatı təmsilçilərinin Rusiya Dövlət Dumasına girişinə qadağa qoyulub

6-12-2017, 16:05
Oxunub: 34
"Bu cür tədbirlər ABŞ hökumətinin rusiyalı jurnalistlərə münasibətinə cavabdır"


Rusiya Dövlət Duması Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər kimi tanınan ABŞ KİV-nin Aşağı Palataya girişinə qadağa qoyan qətnamə qəbul edib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, qətnamə layihəsi Dövlət Dumasının Nəzarət və Reqlament Komitəsi tərəfindən hazırlanıb.

Dövlət Dumasından bildirilib ki, bu cür tədbirlər ABŞ hökumətinin rusiyalı jurnalistlərə münasibətinə, o cümlədən xarici agent kimi tanınan "Russia Today" telekanalının əməkdaşlarının ABŞ Konqresinə giriş akkreditasiyadan məhrum edilməsinə cavabdır.

Bundan əlavə, qətnamədə Dövlət Dumasının regional qanunverici orqanlara öz səlahiyyətləri daxilində bənzər qərarlar qəbul etmək təklifi ilə bağlı müddəa var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti