Zakir Həsənov türkiyəli generalla görüşüb

6-12-2017, 16:00
Oxunub: 29
Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 6-da Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin  Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi, korpus generalı Yavuz Türkgenci ilə görüşüb.

MN-dən Etatist.com-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında  hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübələrin öyrənilməsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti