Yəmənin sabiq prezidenti Sanada dəfn olunub

6-12-2017, 15:46
Oxunub: 39
Respublikanın keçmiş prezidenti ilə vida mərasimi keçirilməyib


Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh dekabrın 6-na keçən gecə respublikanın paytaxtı Sanada dəfn edilib.

Report Səudiyyə Ərəbistanının "Acil" portalına istinadən xəbər verir ki, respublikanın keçmiş prezidenti ilə vida mərasimi keçirilməyib, dəfn mərasimində mərhumun 5 qohumu iştirak edib.

Xatırladaq ki, daha əvvəl Ərəb KİV-i "Ansarullah" (husilər) hərəkatının üzvlərinin dekabrın 4-də öldürülən Əli Abdulla Salehin meyitinin qohumlarına yalnız onunla vida mərasimi keçirilməyəcəyi təqdirdə veriləcəyini bildirdiyini yazmışdı.

Qeyd edək ki, Yəmənin paytaxtı Sanada noyabrın 29-dan etibarən bir müddət əvvəl hökumətə qarşı müttəfiq kimi çıxış edən qüvvələr - husilər ilə Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar davam edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti