Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin generalı ilə görüşüb

6-12-2017, 15:42
Oxunub: 35
Görüşdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da iştirak edib


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin QuliyevTürkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-pol­kovnik Yavuz Türk­gəncin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əla­qə­lə­rin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın per­spektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın dövlət sərhəd­lərin­dəki möv­cud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu əra­zilərdən qeyri-qanuni məqsədlərlə isti­fadə hallarının davam etdi­rilməsi qeyd olunub.

Transsərhəd cinayətkarlığı ilə müba­rizədə həyata ke­çirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, sər­həd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın tək­mil­ləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlu­mat verilib.

Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin də­rinləş­diril­mə­si, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsə­dilə qarşılıqlı təcrübə müba­di­ləsinin aparılması və birgə tədbirlərin keçiril­məsi istiqamətində əməkdaş­lığın genişləndirilməsinin zəruriliyi vurğu­lan­ıb.

Görüşdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti