Saakaşvili ifadə vermək üçün müstəntiqi çadır şəhərciyinə çağırıb

6-12-2017, 15:37
Oxunub: 31
“Mən ikiüzlü, savadsız, qanunsuz, yalançı baş prokurorun qəbuluna getməyəcəm"


Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün prokurorluğun müstəntiqini çadır şəhərciyinə çağırıb.

Report UNİAN-a istinadən xəbər verir ki, o, Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun istintaqa gəlməsi üçün çağırışını rədd edib.

“Mən ikiüzlü, savadsız, qanunsuz, yalançı baş prokurorun qəbuluna getməyəcəm. Mən onu Ukraynanın baş prokuroru saymıram”, - M.Saakaşvili vurğulayıb.

O bildirib ki, dekabrın 6-da Bakı vaxtı ilə 20:00-da ölkə parlamentinin binası qarşısında mitinq keçirəcəklərini və Ukrayna Prezidenti Petro Poroşenkoya etimadsızlıq göstərilməsini, impiçment tələb edəcəklərini vurğulayıb.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu bir müddət əvvəl Mixeil Saakaşvili barəsində axtarış elan etmişdi. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti