“Günəşli” yatağında daha iki quyu istismara verilib

6-12-2017, 14:58
Oxunub: 31
"10 saylı özüldə aparılan əsaslı təmirdən sonra quyular təmir olunaraq istismara qaytarılır”


“Günəşli” yatağındakı (dayazsulu) 10 saylı dərin dəniz özülündən 185 və 186 nömrəli quyular əsaslı təmirdən sonra istismara verilib.

Report bu barədə “Azneft” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, “Azneft” İstehsalat Birliyi “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işlərini həyata keçirir. “Belə ki, 2015-ci ilin 4 dekabr tarixində təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzadan sonra, özüldə aparılan əsaslı təmirdən sonra quyular təmir olunaraq istismara qaytarılır”.

Bildirilib ki, istismara daxil edilən 185 nömrəli quyu məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul verib, 2381-2332 metr intervaldan gündəlik 5 ton kondensat və 150 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

186 nömrəli quyu isə məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2788-2780 metr intervaldan gündəlik 35 ton neft və 7 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Hazırda, quyunun gündəlik hasilatı 99 ton neft və 15 min kubmetr qaz təşkil edir.

Hazırda 10 saylı dərin dəniz özülündə 8 quyu istismar olunmaqdadır və özül üzrə orta gündəlik hasilat 412 ton neft və 226 min kubmetr qaz təşkil edir.

Hər iki quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “28 May” NQÇİ-nin tərəfindən həyata keçirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti