Rayonlara qar, Bakıya sulu qar yağacaq- XƏBƏRDARLIQ

6-12-2017, 14:52
Oxunub: 48
Şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var


Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək

Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insalar üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, maksimal temperatur 5-8 dərəcə isti təşkil edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti