Azərbaycan güləşçiləri Astanada 3 qızıl medal qazanıblar

6-12-2017, 11:40
Oxunub: 23
Fuad Mayılov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib


Azərbaycan güləşçiləri Qazaxıstanın paytaxtı Astanada əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, yarışda Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti