“Azərbaycan brendlərinin oğurlanmasında ən böyük təhlükə Ermənistandır”

6-12-2017, 11:35
Oxunub: 27
"Bu hadisələrin baş verdiyi ölkələrdə müvafiq qurumlarla əlaqə saxlanılır"


“Azərbaycanın ərzaq məhsullarının brendləri, xüsusilə də şərab brendləri oğurlanaraq müxtəlif ölkələrin istehsalçıları tərəfindən istifadə olunur”. 

APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Azərbaycanda coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda keçirilən konfransda deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan məhsullarının oğurlanmasında ən böyük təhlükə Ermənistandır: “Ağdam şərabı brendini başqa ölkələrdə istifadə edir, tanınmış “Ağdam” brendi adı altında müəyyən məhsullar istehsal edib bazarlarda satırlar. Azərbaycan brednlərinin oğurlanmasının qarşısını almaq üçün müəyyən  tədbirlər görülür. Hələlik bununla bağlı beynəlxalq mexanizm mövcud deyil. Bunun üzərində iş gedir. Patentlər və Əmtəə nişanları Mərkəzi öz səlahiyyəti çərçivəsində bu məsələləri  həll etməyə çalışır. Bu hadisələrin baş verdiyi ölkələrdə müvafiq qurumlarla əlaqə saxlanılır, müəyyən məsələlərin həllinə nail oluruq”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti