İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub

6-12-2017, 11:29
Oxunub: 28
Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

“Report” xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilib ki, builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərginin 40 faizi “Bakutel”in daimi eksponatlarından ibarətdir. Builki sərginin iştirakçılarının 30 faizi debütantlardır.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış olublar.

“Bakutel-2017” sərgisi ilə tanışlıq zamanı Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti