Bitkoin 12 000 dollar səviyyəsini ötüb

6-12-2017, 11:24
Oxunub: 43
Bununla da bitkoin ilin əvvəlindən 12 dəfədən çox bahalaşıb


Bitkoin virtual kriptovalyutanın qiyməti 12 273 dollara yüksələrək tarixi rekordunu yeniləyib.

"Report" xəbər verir ki, bununla da bitkoin ilin əvvəlindən 12 dəfədən çox bahalaşıb.

Son bahalaşmaya səbəb kimi bitkoinin dekabrın 18-dən təşkilatlanmış kapital bazarlarında tədavülə başlaması amili göstərilir. Belə ki, bitkoinlə ABŞ-ın CME və CBOE birjalarında fyuçers əməliyyatlarına start veriləcək. Bu da bitkoinin qiymətində volatilliyi aradan qaldıracaq. 

"Report"un analitik qrupu bitkoinin dekabrın 18-dək öz potensial qiymətini tapacağını bildirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti