Azərbaycan Gürcüstandan şərab idxalını artırıb

5-12-2017, 19:06
Oxunub: 80
49% artaraq 154,8 milyon dollar təşkil edib


2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 111 522 şüşə şərab idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni göstəricisindən 67% çoxdur.

Cari ilin 11 ayı ərzində Gürcüstan 52 ölkəyə 70,2 milyon şüşə şərab ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54% çoxdur. Qonşu ölkənin hesabat dövründə şərab ixracından gəliri 49% artaraq 154,8 milyon dollar təşkil edib.

Gürcü şərabını ən çox idxal etmiş ölkələrin ilk beşliyinə Rusiya (43 903 947 şüşə), Ukrayna  (7 660 334), Çin (6 736 081), Qazaxıstan (3 096 879) və Polşa (2 388 352) daxildir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti