"Puçdemon Belçikada qalacaq"

5-12-2017, 18:17
Oxunub: 264
"Məhkəmə mövcud üç orderdən yalnız birinə xitam verib"


İspaniyanın Kataloniya Muxtar Vilayətinin keçmiş hökumət başçısı Karles Puçdemon İspaniya Ali Məhkəməsinin onun həbsi ilə bağlı qərarı ləğv etməsinə baxmayaraq, Belçikada qalmağı planlaşdırır.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belçikanın "Echo" nəşrinə Puçdemonun vəkili Pol Bekart məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə mövcud üç orderdən yalnız birinə xitam verib.

Nəşr qeyd edir ki, Kataloniya hökumətinin sabiq liderinin həbsi ilə bağlı İspaniya və beynəlxalq order qüvvədə qalır.

Xatırladaq ki, bu gün İspaniya Ali Məhkəməsi Puçdemon və Kataloniya hökumətinin hazırda Belçikada olan üç keçmiş üzvünün həbsinə dair Avropa orderini geri götürüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti