Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

5-12-2017, 18:03
Oxunub: 289
Ölkənin enerji sisteminin əlaqəsi olduğu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib


Cari ilin noyabr ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,730 mlrd. kVt/saat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.

Report bu barədə “Azərenerji”yə istinadən xəbər verir.

Bu dövr ərzində ölkənin enerji sisteminin əlaqəsi olduğu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

"Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlər davam etdirilib," - deyə "Azərenerji"nin məlumatında qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti