"Fitch" agentliyi qlobal iqtisadiyyat üzrə artım proqnozunu artırıb

4-12-2017, 17:49
Oxunub: 316
"2018-ci ildən sonra qlobal iqtisadi artım sabitləşəcək"


"Fitch" beynəlxalq reytinq agentliyi qlobal iqtisadi artım üzrə proqnozunu artırıb.

Report "Fitch"ə istinadən xəbər verir ki, bu barədə agentliyin "Global Economic Outlook" icmalında məlumat verilir.

Məlumatda bildirilib ki, 2017-ci ildə qlobal iqtisadi artım proqnozu əvvəlki hesabatla müqayisədə 0,1 faiz bəndi artırılaraq 3,2%, 2018-ci il üçün isə 0,1 faiz bəndi artırılaraq 3,3%-ə çatdırılıb. İnkişaf etməkdə olan ölkələrdə maliyyə vəziyyətinin müsbət istiqamətdə dəyişəcəyi, əmək bazarının istehlakçı inamının artması və ev təsərrüfatlarının xərclərinin yüksəlməsi amilləri ilə dəstəklənəcəyi ehtimal edilib.

"Fitch" ABŞ iqtisadiyyatında artım tempini 2,1%-dən 2,3%-ə yüksəldib. Avrozona iqtisadiyyatı üzrə artım proqnozu 1,8%-dən 2,2%-ə, Britaniya iqtisadiyaytı üzrə isə 1,4%-dən 1,6%-ə çatdırılıb. Agentliyə görə, Çin iqtisadiyyatında yavaşlama cüzi olacaq. "Fitch" Çin iqtisadiyaytının 2017-ci ildə 6,8%, 2018-ci ildə isə 6,4% artacağını ehtimal edir. İnkişaf etməkdə olan ölkələrdə isə xammal qiymətlərinin artması amili fonunda iqtisadi artımın bərpa olunacağı proqnozlaşdırılır. İnkişaf etməkdə olan ölkələrin 2018-ci ildə 2017-ci ildə 5,1%, 2018-ci ildə 5,2% iqtisadi artım əldə edəcəyi bildirilir.

"Fitch"in baş iqtisadçısı Brayan Kultona (Brian Coulton) görə, "2018-ci ildən sonra qlobal iqtisadi artım sabitləşəcək, tədricən monetar siyasətin dünya üzrə sərtləşdirilməsi gözlənilir".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti