Bu il Azərbaycanda 25 hiss edilən zəlzələ olub

4-12-2017, 15:34
Oxunub: 217
"Zəlzələlərin statistikası dinamikdir, tez-tez dəyişir"


"2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb".

Bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

"Bunlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. Beş mindən çoxu isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Bu il respublika ərazisində 25 hiss olunan zəlzələ olub", - mərkəz rəsmisi bildirib.

V.Rafiqqızı qeyd edib ki, zəlzələlərin statistikası dinamikdir, tez-tez dəyişir: "Yerin təkində hər gün onlarla hiss olunmayan təkanlar olur və bu təkanların olması yaxşıdır, çünki enerji boşalması gedir. Seysmik zonalarda sakitlik yarananda artıq narahatlıq olur, çünki enerji yığılır".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti