İŞİD-ə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub

4-12-2017, 15:00
Oxunub: 282
Məhkəmənin hökmü ilə Z.Vəzirov 14 il müddətinə azadlıqdan məhrum edilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirli bilinən Zöhrab Vəzirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Report-un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Z.Vəzirovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə Z.Vəzirov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Vəzirov Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrinin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etməkdə təqsirli bilinib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti