Xəzəriyanı ölkələrin XİN rəhbərlərinin görüşü keçiriləcək

4-12-2017, 10:46
Oxunub: 202
Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək


Dekabrın 4-5-də Moskvada Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

APA-nın məlumatına görə, iclasda Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək.

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələri başçılarının budəfəki görüşü sayca yeddinci olacaq. Nazirlər əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlıq və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdirəcəklər.

Müşavirədə ən aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılacaq. Əsas vəzifə Qazaxıstanda keçiriləcək 5-ci Xəzər sammitinə hazırlıq olacaq.

Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanması gözlənilir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti