Puçdemon seçkilərdən öncə Kataloniyaya qayıtmayacaq

3-12-2017, 16:26
Oxunub: 225
İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib


Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Kataloniyada dekabrın 21-də keçiriləcək parlament seçkilərinə qədər Belçikada qalacaq.

APA-nın məlumatına görə, bu barədə Kataloniyanın "Rac1" radiosu məlumat yayıb.

İspaniyaya ekstradisiya edilməməsinə çalışan K. Puçdemon parlament seçkilərində "Kataloniya hamı üçün" platformasına rəhbərlik edir. Platformaya konservativ, separatçı baxışları ilə seçilən PDeCAT Partiyası və vətəndaş cəmiyyətinin nümayəndələri daxildir.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.

Noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti