"İsrail İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək"

3-12-2017, 12:27
Oxunub: 330
"İran rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik"


İsrail hökuməti İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü öz "Facebook" səhifəsində yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu yazıb.

"Biz yəhudi dövlətinin məhvinə can atan [İran] rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik, biz İranın açıq şəkildə dövlətimizi məhv etmək niyyəti ilə möhkəmlənməyə çalışdığı Suriyada daimi hərbi varlığına yol verməyəcəyik", - deyə baş nazir yazıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti