Əlahiddə Ümumqoşun Ordu üzrə ən yaxşı artilleriya batareyası seçilib

2-12-2017, 15:04
Oxunub: 247
Heyətlər fərdi və qrup halında normativləri icra ediblər


2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Etatist.com-a verilən məlumata görə, artilleriya batareyalarının tədris-material bazası və şəxsi heyətin təchizatı yoxlanıldıqdan sonra heyətlər əvvəlcədən hazırlanmış atəş mövqelərinin tutulması, eləcə də fərdi və qrup halında normativləri icra ediblər.

Yeni atəş mövqelərinə çıxarılma, əvvəlcədən müəyyən edilmiş və qəfil aşkar olunmuş hədəflərin dərhal məhv edilməsi tapşırıqları da müvəffəqiyyətlə yerinə yetirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti