Ombudsman Aparatının nümayəndələri cəbhə xəttinə gediblər

2-12-2017, 14:53
Oxunub: 244
Aparatın əməkdaşları müxtəlif sahələrdə aparılan işləri müsbət qiymətləndiriblər.


 Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman Aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Nazirliyin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti