Azərbaycana robotlar gətirildi

29-04-2013, 19:57
Oxunub: 979


Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yeraltı yollarını tədqiq edəcək robotlar Aərbaycana gətirilib.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Bölməsinin direktor müavini Samir Pişnamazzadə deyib. Onun sözlərinə görə, robotlarla yanaşı, ölkəyə kimyəvi analizləri aparmaq üçün özüyeriyən laboratoriya da gətirilib. Robotlar Gəncənin yeraltı yollarını tədqiq etməklə bərabər, şəhərin dəqiq yaşını da müəyyən edəcəklər.

Qeyd edək ki, Gəncənin yeraltı yolları ABŞ-ın Smitson İnstitutunun Milli Mədəniyyət Muzeyinin direktoru Pol Teylorun rəhbərliyi ilə öyrəniləcək. ABŞ və Misir arxeoloqlarının ilkin araşdırmaları Gəncənin 4000 ildən artıq yaşının olduğunu təsdiqləyib. Şəhərin dəqiq yaşını isə robotlar müəyyən edəcək.

Tədqiqatlar bir il ərzində aparılacaq.

TədqiqaTlar başa çatdıqdan sonra indiki Gəncə şəhərinin altında yeraltı yollardan ibarət muzey yaradılacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti