Ukrayna 2018-ci ildə müdafiəyə 6 milyard dollar ayıracaq

2-12-2017, 13:09
Oxunub: 145
"2018-ci il büdcəsində başlıca prioritetlərdən biri müdafiə qabiliyyətidir"


2018-ci ildə Ukraynanın müdafiə büdcəsi 6,04 milyard dollar və ya ölkə ÜDM-nin 5 faizini təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladmir Qroysmana istinadən UNİAN məlumat yayıb.

"2018-ci il büdcəsində başlıca prioritetlərdən biri müdafiə qabiliyyətidir. Ümumi büdcə ÜDM-in 5 faizini təşkil edir və 165 milyard qrivnaya bərabərdir. Bu vəsait qoşunların saxlanması və müasirləşdirilməsi üçün nəzərdə tutulub", — deyə Qroysman Ukrayna hökumətinin iclasında bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti