Tramp Tillersonun istefa ilə bağlı xəbərlərə aydınlıq gətirib

2-12-2017, 02:25
Oxunub: 265
"Biz birgə uğurla işləyirik"


ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun istefasını təkzib edib.

APA-nın xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” hesabında yazıb.

“KİV-lər xəbər yayırlar ki, mən Tillersonu işdən çıxaracam və yaxud o istefa verəcək. Bu yanlış xəbərlərdir. Tillerson getmir. Bir sıra məsələlərə dair ziddiyətlər olsa da, ümumilikdə biz birgə uğurla işləyirik. Amerikaya yenidən dərin hörmət edirlər”, Tramp yazıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti