"Nə qədər ki biz, gənc nəsil varıq, Bülbül unudulmayacaq"

2-12-2017, 12:14
Oxunub: 253
"Azərbaycan musiqi xəzinəsinin dahiləri əbədi yaşayacaq"


30 noyabr tarixində Xırdalan şəhər 7 nömrəli tam orta məktəbdə vokal məktəbinin banisi, görkəmli xanəndə, Xalq artisti Bülbülün 120 illik yubileyi qeyd olunub.

Etatist.com-un xəbərinə görə tədbirdə təhsil şöbəsinin əməkdaşları, mədəniyyət işçiləri, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

İştirakşılar əvvəlcə ölməz sənətkarın həyat və fəaliyyətini əks etdirə foto sərgi ilə tanış olublar.

Tədbirin təşkilatçısı, həmin məktəbin tədris işçisi Pərvin Əşari Etatist.com-a açıqlamasında bildirdi ki, məktəbin şagirdləri tədbirə çox böyük həvəslə və əziyyətlə hazırlaşmışdılar. 

"Şagirdlərimiz bu tədbir üçün çox çalışdılar, hazırlaşdılar. Nə qədər ki biz, gənc nəsil varıq, belə istedadlı şagirdlərimiz var, Üzeyir bəyin musiqisi, Bülbülün sənəti, Azərbaycan musiqi xəzinəsinin dahiləri unudulmayacaq, əbədi yaşayacaq." 

Tədbirdə Mədəniyyət kanalının direktoru, əməkdar artist, Ü. Hacıbəylinin Koroğlu operasının gənc ifaçısı Ramil Qasımov çıxış edib. O, Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb, Bülbülün repertuarından “Sənsiz” romansını ifa edib.

Tədbir şagirdlərin Bülbülün həyat və yaradıcılığına aid hazırladıqları bədii kompozisiya ilə davam edib.

"Nə qədər ki biz, gənc nəsil varıq, Bülbül unudulmayacaq"

 

"Nə qədər ki biz, gənc nəsil varıq, Bülbül unudulmayacaq"

 

"Nə qədər ki biz, gənc nəsil varıq, Bülbül unudulmayacaq"

"Nə qədər ki biz, gənc nəsil varıq, Bülbül unudulmayacaq"

 

 



 
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti