Ağstafanın daha bir kəndinə ilk dəfə təbii qaz verilib

1-12-2017, 18:49
Oxunub: 247
Təbii qazın verilişi təmin ediləcək


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Ağstafa rayonunun Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Report”un “Azəriqaz” İB-yə istinadən verdiyi xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki,100 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 107 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 6 674 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ağstafa rayonunun Böyük Kəsik kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti