İran özünə Youtube qurdu

10-12-2012, 20:18
Oxunub: 1237


İran dövlət televiziyası tərəfindən verilən açıqlamaya əsasən farsca danışan istifadəçilərə aid video paylaşım saytı fəaliyyətə başlayıb.
Məsələ ilə bağlı açıqlama verən İran İslam respublikasının Radio Televiziya Qurumu Sədr müavini Lütfullah Siahkali "Artıq insanlar qısa filmləri yükləyə bilərlər və paylaşılan materiallara baxa bilərlər” dyə bildirib. "www.mehr.ir" adresli video paylaşım saytının İran mədəniyyətinin tanıdılması üçün istifadə ediləcəyi bildirilir.
Xatırladaq ki, Youtube Əhmədinejadın president seçkilərinin qazandığı 2009-cu ildən İranda senzuraya daimi olaraq məruz qalmaqdadır. Həmçinin bir çox xarici internet saytina, Facebook ve Twitter kimi social şəbəkələrə, Qərb mediasının səhifələri ilə yanaşı, şəxsi bloqlara və porno saytlara girişin qarşısı alınmaqdadır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti