“Bütün ölkələr Şimali Koreyadan səfirlərini geri çağırmalıdır”

30-11-2017, 09:31
Oxunub: 139
"Çünki miqrantların əldə etdiyi gəlir KXDR-in nüvə-raket proqramına sərf edilir”


Bütün ölkələr Şimali Koreyadan səfirlərini geri çağırmalıdır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert bəyan edib.

“Bütün ölkələr rəsmi Pxenyana qarşı iqtisadi və diplomatik təzyiqi gücləndirməlidirlər. Şimali Koreyadan olan əmək miqrantları isə ölkələrdən çıxarılmalıdır. Çünki miqrantların əldə etdiyi  gəlir KXDR-in nüvə-raket proqramına sərf edilir”, deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Ötən gün Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti