Mikayıl Mirzənin 70 illik yubileyi keçirildi - FOTOLAR

30-11-2017, 09:58
Oxunub: 3173
Oğlu Mətin Mirzə və nəvəsi Mikayıl da tədbirdə iştirak edirdilər


Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq Artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçirildi.

Etatist.com-un xəbərinə görə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuş gecədə çıxışçılar sənətkarın həyatından, onunla bağlı xatirələrindən danışdılar.

Tədbirdə Səidə Quliyeva, Nurəddin Mehdixanlı, Fəttah Heydərov, Rais Rəsulzadə və başqa tanınmış şəxslər çıxış etdilər.

Yubiley gecəsində Mikayıl Mirzənin səsləndirdiyi qiraətlər, ifa etdiyi rollardan hissələr videoçarxla tamaşaçılara təqdim edildi.

Mikayıl Mirzənin oğlu Mətin Mirzə və nəvəsi Mikayıl da tədbirdə iştirak edirdilər.

Qeyd edək ki, Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib.

Etatist.com tədbirdən şəkilləri təqdim edir:

Mikayıl Mirzənin 70 illik yubileyi keçirildi - FOTOLAR

 

Mikayıl Mirzənin 70 illik yubileyi keçirildi - FOTOLAR

 

Mikayıl Mirzənin 70 illik yubileyi keçirildi - FOTOLAR

 

Mikayıl Mirzənin 70 illik yubileyi keçirildi - FOTOLAR

 

Mikayıl Mirzənin 70 illik yubileyi keçirildi - FOTOLAR

 

Etatist.com


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti