Rusiya ilə Səudiyyə Ərəbistanı arasında OPEC+ anlaşmasında mübahisə yaranıb

28-11-2017, 16:47
Oxunub: 257
OPEC+ anlaşması 2018-ci il martın 31-də bitir


OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddətinin uzadılması məsələsində Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılığı yaranıb.

Report xəbər verir ki, bu açıqlamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib.

Dubayda açıqlamalar verən nazir qeyd edib ki, onun ölkəsi anlaşmanın 9 ay uzadılmasını təklif edir. Lakin Rusiya tərəfi anlaşmanın daha az müddətə uzadılması tərəfdarı olduğunu açıqlayıb.

Qeyd edək ki, OPEC+ anlaşması 2018-ci il martın 31-də bitir. OPEC və ona üzv olmayan neft ölkələri 2 gündən sonra Vyana şəhərində keçiriləcək sammitdə anlaşmanın uzadılıb- uzadılmaması ilə yanaşı hasilat kvotalarına dəyişiklikləri müzakirə edəcək. Bu günə qədər anlaşmanın 9 ay uzadılacağı ehtimal edilirdi.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti