Türkiyədə 14 terrorçu zərərsizləşdirilib

28-11-2017, 09:45
Oxunub: 89
Onlardan 3-ü məhv edilib, 2-i silahı yerə qoyaraq təslim olub


Türkiyədə son həftə ərzində keçirilmiş antiterror əməliyyatları zamanı 14 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onlardan 3-ü məhv edilib, 2-i silahı yerə qoyaraq təslim olub, daha 9-u ələ keçirilib.

Türkiyənin təhlükəsizlik qüvvələri noyabrın 20-dən 27-dək terror təşkilatlarına qarşı 645 əməliyyat keçiriblər. Əməliyyatlar zamanı PKK terrorçuları ilə əlbir olmaqda şübhəli bilinən 486 nəfər, İŞİD-lə əlaqədə olmaqda şübhəli sayılan 133 nəfər, Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ ilə əlaqədə şübhəli bilinən 663 nəfər, solçu terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb.

Planlaşdırılmış əməliyyatlar zamanı ümumilikdə 5256 nəfər saxlanılıb. Onlardan 1291-i terrorçuluqda, 116-ı qanunsuz miqrasiya ilə bağlı cinayət əməllərində, 3849-u narkotik vasitələrin ticarətində və insan alverində şübhəli bilinir.

Bingöl, Diyarbəkir, Hakkari, Mardin, Tunceli və Bitlis vilayətlərində keçirilən əməliyyatların gedişində terrorçuların 34 sığınacağı, 17 əldəqayırma partlayıcı qurğusu və mina məhv edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti