Qlobal kriptovalyuta bazarı bu il 16 dəfə artıb

27-11-2017, 20:20
Oxunub: 298
Hazırda bazarın ümumi həcmi 304,6 mlrd. dollar təşkil edir


Qlobal kriptovalyuta bazarının məcmu kapitallaşması bu ilin əvvəlindən 16 dəfə artaraq 300 mlrd. dollar həddini ötüb.

Report "Coinmarketcap" kriptovalyuta xidmət şirkətinin araşdırmalarına istinadən xəbər verir ki, hazırda bazarın ümumi həcmi 304,6 mlrd. dollar təşkil edir.

Araşdırmaya görə, məcmu bazarda ən çox pay "Bitcoin"ə aiddir. Onun kapitallaşması hazırda 162 mlrd. dollar təşkil edir. İlin əvvəlində isə müqayisədə bitkoinin kapitallaşması 15 mlrd. dollar olub.

"Coinmarketcap"ın araşdırmasına əsasən, kriptovalyuta bazarının məcmu dövriyyəsi hazırda 12,4 mlrd. dollar təşkil edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti