Türkiyədə ardıcıl iki zəlzələ baş verib

27-11-2017, 09:43
Oxunub: 257
Zəlzələ Muğla şəhərindən 24 km cənub-şərqdə qeydə alınıb


Türkiyədə ardıcıl iki zəlzələ qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir. 3,0 bal gücündə ilk zəlzələ ölkənin qərbində, Muğla şəhərindən 24 km cənub-şərqdə qeydə alınıb. Onun ocağı 5 km dərinlikdə yerləşib.

İkinci zəlzələ ölkənin şərq bölgəsində, Bingöl şəhərindən 25 km şimalda qeydə alınıb. 3.2 bal gücündə olan yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti