Türkiyə prezidenti ilə Qətər əmiri arasında telefon danışığı olub

27-11-2017, 09:38
Oxunub: 468
Söhbət zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Tamim bin Həməd əl-Tani arasında telefon danışığı olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub.

Məlumata əsasən, tərəflər həmçinin Soçi görüşündən sonra Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya və bölgədəki vəziyyətlə bağlı üçtərəfli görüşü baş tutub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti