Xızıda partlamamış hərbi sursat aşkar edilib

26-11-2017, 21:44
Oxunub: 214
71 059 062 kv.m (7 106 ha) ərazi yoxlanılıb


Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabrın 26-da yerli fermer tərəfindən daxil olmuş zəngə əsasən, Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 102 ədəd partlamamış hərbi sursat (PHS), 89 ədəd partlamış-yanmış mərmi qalıqları və 219 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 122 300 kv.m (12.23 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 81 gün ərzində 20 197 ədəd partlamamış hərbi sursat (PHS), 9 725 ədəd partlamış-yanmış sursat qalıqları və 71 049 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 71 059 062 kv.m (7 106 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti