Gürcüstanda terrorçulardan biri İstanbul aeroportunda terror aktı törətmiş şəxsdir

26-11-2017, 21:35
Oxunub: 128
Əməliyyat zamanı 1 xüsusi təyinatlı həlak olub


Gürcüstanın güc strukturları İstanbul aeroportunda terror aktı törətmiş şəxsi məhv ediblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Vaxtanq Qomelauri bildirib.

DTX rəisi deyib ki, Tbilisidə noyabrın 22-də keçirilmiş antiterror əməliyyatları zamanı məhv edilən terrorçulardan biri böyük ehtimalla ötən ilin iyununda İstanbulda dəhşətli terror aktı törətmiş Axmed Çatayevdir (təkəlli Əhməd).

Qomelauri bununla belə, daha dəqiq məlumatın ekspertiza başa çatdıqdan sonra əldə olunacağını bildirib.

Tbilisidə keçirilmiş antiterror əməliyyatı zamanı 1 terrorçu ələ keçirilib, 3-ü məhv edilib.

Əməliyyat zamanı 1 xüsusi təyinatlı həlak olub, 4 –ü yaralanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti