İsrail səhiyyə naziri istefa verib

26-11-2017, 16:40
Oxunub: 266
Litzmanın rəhbəri olduğu “Yahadut Ya Tora” Partiyası hakim koalisiyadan çıxmayacaq


İsrail səhiyyə naziri Yaakov Litzman istefa verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Y. Litzman şənbə günü – yəhudi ənənəsinə görə şabat adlandırılan və bir çox sahələrdə işləməyin qadağan edildiyi gün dəmir yollarında təmir işlərinin aparılmasına icazə verilməsi ilə əlaqədar istefa verib.

Bununla belə, Y. Litzmanın rəhbəri olduğu “Yahadut Ya Tora” Partiyası hakim koalisiyadan çıxmayacaq və növbədənkənar seçkilərin keçirilməsi təhlükəsi yaranmayacaq.

Qeyd edək ki, baş nazir Binyamin Netenyahunun partiyasının hazırda Knessetdə 60 deputatı var,  parlament çoxluğunu əldə etmək üçün isə 61 deputata ehtiyac var. Y. Litzmanın rəhbəri olduğu partiya isə parlamentdə 6 yerə malikdir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti