"Aİ Azərbaycanla əməkdaşlığı genişləndirməyi hədəfləyir"

25-11-2017, 15:51
Oxunub: 296
"Biz xalqlarımız üçün daha yaxşı nəticələrin əldə olunması üzərində işləyirik"


"Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı genişləndirməyi hədəfləyir".

Report xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə müsahibəsində Estoniya prezidenti Kersti Kalyulayd bildirib. Estoniya hazırda Aİ Şurasının sədr ölkəsidir.

 "Avropa İttifaqı "Şərq Tərəfdaşlığı"nın bir sıra ölkələri ilə, o cümlədən Azərbaycanla əlaqələrin genişləndirilməsinə yönəlmiş yeni sazişlərin imzalanmasına hazırlıq görür. Biz xalqlarımız üçün daha yaxşı nəticələrin əldə olunması üzərində işləyirik", - K.Kalyulayd deyib.

Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı" ölkələrinin zirvə görüşləri mühüm əhəmiyyətə malikdir: "Çünki Riqada baş tutan əvvəlki sammitdən sonra bir çox praktiki addımlar atılıb. Bu xüsusilə iqtisadi əməkdaşlığın inkişafına aiddir".

Prezident həmçinin ölkələrimizin islahatlar prosesini davam etdirməsinin vacibliyini vurğulayıb və Avropa İttifaqı üçün "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli münasibətlərin prioritet məsələ olduğunu qeyd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti