ANAMA Cocuq Mərcanlıdakı təmizləmə əməliyyatları barədə məlumat yayıb

25-11-2017, 01:28
Oxunub: 27
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir


ANAMA noyabrın 24-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

“Report” xəbər verir ki, gün ərzində kənddə 16 500 kv.m (1.65 ha) ərazi tam təmizlənib, 6 500 kv.m (0.65 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 23 000 kv.m (2.30 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Səkkiz gün ərzində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 145 300 kv.m (14.53 ha) ərazi tam təmizlənib, 46 800 kv.m (4.68 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 192 100 kv.m (19.21 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti