Karlovun ölümü ilə bağlı TRT-nin keçmiş prodüseri həbs olundu

25-11-2017, 01:23
Oxunub: 38
Məhkəmə "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar verib


Türkiyənin təhlükəsizlik qüvvələri Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən TRT dövlət telekanalının keçmiş prodüserini həbs edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, səfirin qətli ilə bağlı təhqiqat işini aparan prokuror Adəm Akınçı şübhəli şəxs kimi saxlanılan Xayreddin Aydınbaşı artıq dindirib. Ardınca məhkəmə "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar verib.

Karlov 19 dekabr 2016-cı il tarixində Ankarada fotosərginin açılışında çıxışı zamanı arxadan güllələnərək qətlə yetirilib. Hücum edən polis Mövlud Mərd Altıntaş məhv edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti