Misir hərbçiləri 30 silahlını məhv edib

25-11-2017, 01:16
Oxunub: 28
Ordu ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir


Misir hərbçiləri Sinay yarımadasında keçirilən xüsusi əməliyyat zamanı 30 silahlını məhv edib.

APA-nın xəbərinə görə, bu barədə “SkyNews Arabia” telekanalı məlumat verib.

Məlumata əsasən, hazırda ordu və xüsusi xidmət orqanları ekstremistlərin təlim düşərgələrinin axtarışı ilə məşğuldurlar.

Qeyd edək ki, noyabrın 24-də Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti